MC Ali BM - Haqqin Rengi mp3 indir
MC Ali BM - Haqqin Rengi
Küçələr qan izinə
Bulansa da yağış yuyur
Məsum haqq önündə
Niyə boynu bükük durur
Adamı adıyla tanırlar
Yadı da dərd almadı
Düşmansız insan yox
Yağıda mərd qalmadı
Silah səsi birdən gəlir
Şəhid adı dilnən gəzir
Qorxaqlar gizlənərkən
İgid olanı alır əsir
Unutma qan yaddaşını
Əlbət bir gün ayılacaqlar
Həqiqətlər boşa qalmaz
Görüncə anlayacaqlar
Ac qalanı dərd etdinmi?
Etdiysən sərdar birdir
Dediyini heç tərk ettinmi?
Etdiysən qəddar kimdir
Sevdiklərimdən yan keçdim
Zamanı boşa sərf etdim
Azadlığım əlimdən alındı
İlk addımı səhv getdim
Yıxılanı kim qaldırar ki
Dostunu satanı gördüm mən
Qəlbin kindən ibarət ancaq
İnadınla dön belədən
İnsanlar tək dəyişdi fəsillər
Qışda gün yazda qar
Bu dövrdə varı olana
Bağlı qapılar açıq durar
Keçmişini sil əngəl
Yanançün isti fərq etməz
Ərliyini bilən kəs
Vicdanı ilə dərd etməz
Namərd körpüsündən keçənə
Fələk yayını atmaz
Doğrunun gettiyi yolda
Yalanın ayağı tutmaz
Həyatına yerləşən biri
Sınaq olar, olmazsa qınaq
Eləsi dərdinə ortam olanda
Bəzisi durar uzaq
Şəhid yolu gözləyən ana
Qanayan neçə yaramız var
Kimisi evlad acısı çəkərkən
Ailədən atılan uşaqlar da var
Ömrünü düyünlə sən
Qoy bir iki xurcuna
Əzraildən betər var
Möhlət vərməz məhbusa
Narkotik satmaq
Onçun karlı koldusa
Ağ ölümə dücar
Buna niyə göz yumar
Düşün fələk yalan saçır,
Zaman isə qaçır
Nədən Qazandığımızdan
çox itirik axı
Münasibətlər soyuyub
Saat zaman üstə donub
Keçə bilmədiyimiz xəttlər
Kimin üçünsə qoyulub
Həyat sanki pilləkən
Nədənsə qırılıb pillələri
Ərlər nisbətdə azalıb
Eləsində axmır alın təri
Zaman piyada gedir
Nədən bizlər sürətli
Xürrəm yaşayan de
Nədən olur daha hörmətli
Dünya qəlbdə gəzir,
Bura qəribə qəsr
Dünya qalibə vəzir
Məğruru isə kəsir
Məğlubu verir nəzir
Məhbusa isə həsir
Əsr keçdi ,dəyişmədi
Kasıbı yenə də əzir
Yananda sən olacaqsan
Bil yaman da sən
Kasıblıq eyib olmaz
Olsan da oğru sən
Sözü üzə deyə bilmədinsə
Olmazsan doğru sən
Tüpürdüyünü yalayan
Deyir ki, oğulam mən
hər kəsdən nəsə istəyən var
şabaşın nəzdində
odla oynamaqdan qorxmarıq
odlar ölkəsiyikdə
odalarda oynamaqdan
modalar əsrində
odu qığılcım, sevgini də
pul başlar əslində