Aslıxan - Sevgiden Yazmayıblar mp3 indir
Aslıxan - Sevgiden Yazmayıblar
Sevgiden yazmayiblar
Məni al məndən məni mən bir tək sənin olum
Sənsiz dayaz hislərim səninlə dərin olur
Sənsiz gündüzüm gecə xeyrim şərim olur
Ama bu cəhənnəm Bakı səninlə sərin olur
Yənə al məndən məni mən bir tək sənin olum
Sənsiz dayaz hislərim səninlə dərin olur
Sənsiz gündüzüm gecə xeyrim şərim olur
Mənə bu cəhənnəm Bakı səninlə sərin olurlll
1'ci hissə
Sevgidən yazmayıblar mən səndən yazan kimi
İnan heç korda azmayıb mən səndə azan kimi
Yalandı minarələrdə qışqıran möminlər
Sənin iblis gülüşün qulaqlarıma azan kimi
Dedilər fikri azıb, çıxıbdı dinnən bu
Ama məni anlamırlar izah olmur dilnən bu
Onlar məni sevgiyə qul, sevgidə hərif bilirsə
Sən mənim ən incə zəif, zərif yerimsən
Dedilər ardını yaz səni birazda təsvir edim
De canım fəda olsun, ya ruhumu teslim edim?
Nə qələm bezmir sənnən nə təbim bəsdi demir, mən
Edirəm çox şeyi inkar səni bir təsdiq edib...
Hansı şair bu qədər xəstə olar?
Düzərəm sətrimə notlar bu həmdə bəstə olar
Yüzünnən, belə lap mininnən seçirəm səni
Canavar dolunay'ı sevdiyi tək sevirəm səni
2'ci hissə
Mən sənə nə vaxt tutuldum ? Deyil yadımda
İnanki nəfsimə qalsa, xeyli qadın var
Yox, istəmirəm qeyri yanımda, sən
Nəfsimin yox bu könlümün sahibisən eyni halınla
Sarayın yox küçənin şairiyəm
Qələmim haqq yazar ancaq haqqın şahidiyəm
Tanrıdan nə payım var, o payın sahibiyəm
Verib bir Xəzər mənə mən də ki sahilinəm!!!
Bakının şəklini çək, sonra cır tulla getsin
Ki burda sevmək üçün heç, pulda yetmir
Məni düşün, düşünki parfumerəm, mən səni
Tapmaq üçün bil neçə qızı qurban etdim
Sənmi sadəsən? Hə? ya mənmi mürəkkəbəm?
Mənə sən lazımsan qayığa kürək gərək
Bakının küləyi varmış, bilirsən?
Saçınla Rəqs edəcək bir tək külək mənəm